Ermənilərin Bərdəyə atdığı raket nəticəsində həlak olanların fotosu "TIME" jurnalının 2020-ci il üzrə "İlin 100 fotosu"na daxil edilib

"TIME" jurnalı 2020-ci il üzrə "İin 100 fotosu"nu dərc edib.

APA-nın xəbərinə görə, 2020-ci ilin 100 fotosu arasında oktyabrın 28-də Ermənistan hərbi qüvvələrinin Bərdəyə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun və onun bacısının yer aldığı foto da var. 

Fotonun müəllifi "New-York Times"in fotoqrafı Ivor Prickettdir.

Xatırladaq ki, oktyabrın 28-də erməni hərbçilərinin Bərdənin mərkəzinə atdığı raket 21 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.