Maradona cəsədinin Lenin kimi məqbərədə nümayiş olunmasını istəyib

Məşhur argentinalı futbolçu və məşqçi Dieqo Maradonanın cəsədi eksqumasiya olunaraq məqbərəyə qoyula bilər. Bu barədə “Sun” nəşri məlumat yayıb.

Futbolçunun vəkilinin sözlərinə görə, Maradona bunu özü istəyib. Bu qərarı ilə oyunçu Vladimir Leninə hörmət etdiyini bildirmək istəyib. 

Məktubda məşhur futbolçu bildirib ki, ölümündən sonra cəsədi balzamlaşdırılaraq kubokların əhatəsində muzeydə sərgilənməlidir.