Naxçıvana quru yol açılır – Ermənistan əvəzində nə istəyir ?

Ötən həftənin cümə günü Rusiya, Azərbaycan və Ermənistan rəsmiləri Azərbaycan və Ermənistan arasında ticarət əlaqləri ilə bağlı sərhədlərin açılmasını müzakirə ediblər. Bu məsələ noyabrın 10-da imzalanan kapitulyasiya sənədinə əsasən həyata keçirilir. Məlum proseslə bağlı ilk dəfə yanvarın 30-da Rusiya baş nazirinin müavini Aleksey Overçuk  azərbaycanlı (Şahin Mustafayev ) və erməni (Mer Qriqoryan) həmkarları ilə görüşüb.
"Sherg.az" "armenews.com"a istinadən xəbər verir ki, tərəflər nəqliyyat əlaqələrinin bərpasına dair ekspertlərdən ibarət alt qrupların yaradılması qərarını veriblər.  Həmin qrup səhərdlərdə nəzarət və nəqliyyat məsələləri ilə məşğul olacaq.  Fevralın 6-da sözügedən qrupun  ekspertləri video-konfrans vasitəsilə görüşüblər. Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur nazirliyinin verdiyi məlumata görə tərəflər regional dəmir yolu və avtomobil yolları şəbəkələrinin  vəziyyəti ilə bağlı müzakirə aparıblar. Əldə olunan razılaşmaya əsasən rəsmi İrəvan Ermənistanın cənub-şərqindən keçən Azərbaycan –Naxçıvan avtomobil və dəmir yolunun açılmasına razılıq verməlidir, Ermənistan tərəfi isə öz növbəsində  Rusiya və İrana malların daşınması üçün Azərbaycan ərazilərindən tranzit xətt kimi istifadə edə bilməlidir.