Ermənistan açıqladı: 4 minə yaxın əsgər məhv edilib, 9 500 yaralı var

İkinci Qarabağ savaşı başlayandan– 27 sentyabrdan  13 fevrala qədər 3577 erməni əsgəri məhv edilib. 
“Sherg.az” “Armenews.com”a  istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə orqanlarından bildirilib. Məlumata görə, birinci vitse-prezident Tiqran Avinyan da bir müddət öncə müharibənin yekunları ilə bağlı danışarkən bəyan etmişdir ki, 6 həftəlik müharibə ərəfəsində Ermənistan tərəfindən ölənlərin sayı 4 minə yaxındır.

Qondarma rejimin “Qarabağ müdafiə ordusu”ndan verilən məlumatda müharibə ərəfəsində 2364 hərbçinin məhv edildiyi açıqlanmışdı. Bununla yanaşı xilasetmə qrupları bu günə qədər 1485 əsgərin cəsədini və qalıqlarını çıxarıb.

Onlardan  428 –nin kimliyi müəyyən edilib. Ermənistan Baş prokurorluğundan verilən məlumata görə ,müharibədə 9404 erməni yaralanıb.