Səudiyyə Ərəbistanı bu il həcc ziyarətinə getmək üçün koronavirus (Kovid-19) peyvəndi olmağın şərt olduğunu açıqlayıb.
"Sherg.az" xəbər verir ki, "Ukaz" qəzeti, Səhiyyə Naziri Tevfik er-Rebianın həcc ziyarətində iştirak etmək istəyənlərin COVİD-19 peyvəndi olması məcburiyyətində olduğunu və məlumatı nazirlikdəki səlahiyyətlilərə çatdırdığını bildirib.
Nazir Rebia, Məkkə, Mədinə və müqəddəs yerlərdə səhiyyə müəssisələrində işləmək üçün səhiyyə işçiləri üçün erkən hazırlıqların başlanılmasını istəyib.
Xəbərdə nazirin zəvvarlar üçün KOVİD-19 komissiyası yaradılmasına əmr verdiyi də qeyd edilib.