Fransada siqaret istehsalçıları atılmış siqaret kötüklərinin təmizlənməsi işinə qatılmaq məcburiyyətində qalacaqlar.
"Sherg.az" "sciencesetavenir.fr" ə istinadən xəbər verir ki, bu ölkədə hər il 30 milyard siqaret kötüyü torpağa atılır. Siqaret istehsalçıları istehsal etdikləri bu məhsulun səbəb olduğu çirklənməyə qarşı mübarizə aparmaq üçün, müəyyən vəsait ödəyir. Amma 2021-ci ildən etibarən bu məsələ ilə bağlı qanun qəbul edildi. Qanuna əsasən tütün şirkətləri siqaret kötüklərinin təmizlənməsinin maliyyələşdirilməsində iştirak etməli olacaqlar.
Məlumata görə, siqaret kötükləri çirklənmə baxımından torpağa əhəmiyyətli dərəcədə təsir göstərir. Tədqiqatçı Julien Giqolt qeyd edib ki, siqaret kötüyü torpaq və suda daha kəskin çirkləndirmə imkanlarına malikdir.