Dünyadakı alimlərin yalnız 33 faizi qadınlardır. Dünyada qız şagirdlərin yalnız 3 faizi mühəndislik, riyaziyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrinə meyl edir ki, bu da çox aşağı göstəricidir.
"Sherg.az" "sciencesetavenir.fr"ə istinadən xəbər verir ki, YUNESKO-nun hesabatına görə, süni zəka sahəsində mütəxəssislərin yalnız 22 faizi qadınlardır. Çünki qadınlar kompüter proqramlaşdırmasından yayındırılaraq, daha çox ədəbi araşdırmalara yönəldiliblər. Elm sahəsində özlərinə senzura tətbiq edirlər.
"Sciences et Avenir Twitch kanalı" "Weizmann İnstitutu"nun canlı dəniz mikrobiologiya mütəxəssisi Flora Vinsan yazır: "Qadınlarda süni zəka daha az təsirli olur. Çünki empati və ədəbi bacarıqlar qadınlarla, xarizma və elmi bacarıqlar isə kişilərlə əlaqəlidir. Ona görə də alqoritmlərin 88 faizi kişilər tərəfindən hazırlanıb".