Erməni cinayətləri dünyaya çatdırılır:“Çox ciddi nəticə əldə edə bilərik”

“Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti” mövzusunda onlayn brifinq keçirilib. Tədbirdə  Beynəlxalq Əməkdaşlıq İdarəsinin qrup rəhbəri Azər Cəfərov çıxış edib. O, bildirib ki,  vətən müharibəsi vaxtı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmiz tərəfindən aparılan haqlı mübarizəni beynəlxalq tərəfdaşlara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində işlər görüb”.

Cəfərov bildirib ki, bu dövr ərzində nazirlik tərəfindən 77 dövlətin ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib: 

“Məktublar erməni tərəfinin cinayətləri, onların acı nəticələri ilə bağlı olub. Müharibə dövründə Ermənistan tərəfi bir sıra cinayətlər törədib ki, bunlar həm uşaqlara, həm də mülki şəxslərə qarşı olub. Bunlarla bağlı ixtisaslaşmış qurumlara məktublar gedib”.

Millət vəkili Fazil Mustafa sözügedən təşəbbüs barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Hər kəs, o cümlədən də bütün müvafiq qurumlar əllərindən gələni etməlidirlər. Bu, çox vacib məsələdir. Hər kəs öz işini görsə, çox ciddi nəticə əldə edə bilərik. Dediyim kimi, əlimizdən gələni etmək hər birimizin borcudur”.