Səlcuq Bayraqdar bu alimlə müqayisə edilib

Türkiyənin CCTV kanalında efirə gedən bir verilişdə yerli müdafiə və təhlükəsizlik eksperti Song Yiçang pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, türkiyəli ixtiraçı Səlcuq Bayraqdar haqqında danışıb.
“Sherg.az”a “Haberglobal”a istinadən xəbər verir ki, mütəxəssis sözügedən kəşfi yüksək qiymətləndirib.

O, PUA-nı Steven Jobsun “ağıllı telefon” texnologiyası ilə müqayisə edib. Və bildirib ki, hər iki kəşf bəşəriyyət üçün eyni dərəcədə əhəmiyyətlidir.