Heydər Əliyev Fondu Mirəlioğlunun müalicəsini  üzərinə götürüb

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
Bu barədə APA-ya M. Mirəlioğlu özü məlumat verib.
Partiya sədri bildirib ki, artıq Fonddan ona zəng edib maraqlanıblar: “İndi həkimlər göndərirlər”.

Qeyd edək ki, M. Mirəlioğlu və ailə üzvləri COVID-19-a yoluxub, hazırda ev şəraitində müalicə alırlar.