Metropliten hazırdır, gözlər Nazirlər Kabinetində... – Metro açılır?

Artıq 7 aydır ki, Bakı Metropoliteni fəaliyyətini dayandırıb. Son günlər ölkəmizdə koronavirus yoluxma sayında kəskin azalmalar müşahidə olunur. Belə bir məqamda isə hər kəsi maraqlandıran suallardan biri məhz metronun yaxın müddətdə açılıb-açılmayacağıdır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələyə dair “Sherg.az”ın sualını cavablandırıb.
Onun sözlərinə görə, metronun açılıb-açılmayacağı texniki məsələ ilə bağlı olmadığı üçün dəqiq fikir söyləmək çətindir:
“Çünki metronun açılması mövcud epidemioloji vəziyyətlə bağlı olduğuna gör, məsələ ilə Nazirlər Kabineti yanında Operativ Qərargah məşğul olur. İşimiz Bakı Metropoliteninin fəaliyyətini ictimai sərnişindaşıma nəqliyyatı kimi təmin etməkdir. Ona görə də lazım olan qərarların qəbulu yalnız Operativ Qərargaha aiddir. Bu baxımdan metronun açılmasına dair hansısa fikir irəli sürmək əsasımız yoxdur. Yoluxma sayında azalmalar var, lakin metronun açılması üçün münbit şəraitin olub-olması qərarını Operativ Qərargah verir”.