Komitə sədri şəhid ailələri ilə görüşüb - FOTO


Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramında Tovuz rayonununda bir qrup şəhid ailəsi ilə görüşüb.
Görüşdə Əsrik-Cırdaxan kənd sakinləri – "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid baş leytenant Əfşan Əbülfəz oğlu Hüseynov (16.03.1996, Əsrik Cırdaxan, Tovuz – 26.10.2020, Füzuli),
"Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid gizir Xəyal İman oğlu Şəkərov (01.10.1998, Əsrik Cırdaxan, Tovuz – 13.10.2020, Hadrut),
şəhid Hüseyn Sahib oğlu Əliyev (15.09.2000, Əsrik Cırdaxan, Tovuz – 03.10.2020, Kəlbəcər),
Alakol kənd sakinləri –
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Sənan Əkram oğlu Ələsgərov (17.12.1996, Alakol, Tovuz – 29.09.2020, Füzuli),
şəhid Müşfiq Xanlar oğlu İsmayılzadə (16.10.1994, Alakol, Tovuz – 01.10.2020, Murov, Kəlbəcər),
"Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuş xüsusi təyinatlı əsgər Cavid Hümbət oğlu Hüseynov (12.12.1993, Alakol, Tovuz - 27.10.2020, Qubadlı)
Aran Yanıqlı kənd sakini -
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş şəhid leytenant Vasif Heydərov (05.01.1997, Aran, Tovuz – 27.09.2020, Füzuli)
Yanıqlı kənd sakinləri –
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Emin Fərmayıl oğlu Hüseynov Emin Hüseynov (20.08.1990, Yanıqlı, Tovuz – 09.11.2020, Xocavənd) və
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid gizir Babək Sakit oğlu Aslanovun (15.11.1994, Tovuz – 03.10.2020, Füzuli) ailə üzvləri iştirak edib.
Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib:
“Əziz şəhid ailələri,
Siz Vətən uğrunda şəhid olmuş hərbçilərimizin doğmaları, ailə üzvlərisiz.
Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.
Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!
Sizlərə - şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!
Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.
Müqəddəs Ramazan bayramınız mübarək olsun”!
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.