“Prezident Ermənistanın içərisində Qarabağlar yaradıb”

“Dövlət həyatında elə  bir dövr gəlib çıxır ki, hansı siyasət yürüdülür, fərq etməz, nəticə yalnız və yalnız mənfi detallarla müşayət edilir”- Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətini rəhbəri Əziz Əlibəyli deyib.
 O, bu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Vətən müharibəsinin nəticələri Ermənistan üçün eyni aqibəti ortaya çıxarıb. Prezident elə bir siyasi panorama formalaşdırıb ki, proseslərin məkanı yer dəyişdirib: bir növ Ermənistanın içərisində çoxlu Qarabağlar yaradılıb. Hər bir Qarabağ özü ilə onlara yeni fəlakətlər, səfalət və siyasi toqquşmalar gətirir. Bu gün Qarabağ Qaragölə (yenə qara) Zəngəzura, Göyçəyə, Qazağın yeddi kəndinə köçüb”.