Həkimdən MÜJDƏ:"Metro açıla bilər..."

Məlum olduğu kimi, iyunun 1-dən etibarən karantin ləğv olunur. Bu, əlbəttə, sevindiricidir. İndi vətəndaşları düşündürən əsas məsələ hansı yumşalmaların tətbiq ediləcəyidir. Xüsusilə “Metro açılsa, canımız qurtarardı” deyənlər heç də az deyil...

Həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a açıqlamasında yaxın günlərdə metronun açılacağı ehtimalı barədə bunları dedi:

“Yumşalmaların olması məsuliyyətimizi daha da artırır. Deməli, həm peyvəndləmə daha sürətlə getməli, həm də şəxsi gigiyena qaydalarına əməl etməliyik. Metronun açılmasına gəldikdə isə, fikrimcə, bu, mümkündür. Amma müəyyən məhdudiyyətlər tətbiq olunması şərti ilə. Məsələn, vaqonlara müəyyən sayda sərnişin buraxılmalıdır ki, sıxlıq yaranmasın”.