Birgə hərbi təlimlərin MESAJI:“Qarşıda ciddi planlar var”

“Bu təlimlər təkcə hərbi yox, həm də siyasi ismarışdır və iki dövlətin qardaşlığını dünyaya göstərən növbəti faktdır” 


Türkiyənin Konya şəhərində “Beynəlxalq Anadolu Ankası” (Anadolu Ankası-2021) təlimləri başlayıb. Bu barədə video Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında yayımlanıb. Təlimlərə Azərbaycanla yanaşı, Qətər, Şimali Kipr və Slovakiya da qatılacaq. Ehtiyatda olan polkovnik Şair Ramaldanov təlimlərin əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

 “Belə ortaq hazırlıqlar əvvəllər də olub və artıq ənənəvi xarakter alıb. Qarşıda ciddi planlar var. Hazırkı təlimlərimiz də həmin proqramların tərkib hissəsidir. Təlimlər çərçivəsində, həmçinin yeni avadanlıqlar nümayiş olunacaq.

Ordumuzun kadr potensialı hər cür təlimlərdə iştirak etməyə imkan verir.

“Beynəlxalq Anadolu Ankası” hazırlıqları ilə silahlı qüvvələrimizin peşəkarlığı bir az da artırılacaq. Bu təlimlər təkcə hərbi yox, həm də siyasi mesajdır və iki dövlətin qardaşlığını dünyaya göstərən növbəti faktdır”.