Bu gündən regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir


Mayın 31-dən ölkə ərazisində regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

 Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarına uyğun olaraq, bu gündən etibarən şəhər və rayonlardan yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları başlayacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına əsasən, mayın 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində 14 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşəcək. Sərnişin daşınmasına 72 istiqamət üzrə 663 avtobus cəlb olunub. Sərnişinlərə səfərdən əvvəl “avtovagzal.az” saytında şəhərlər və rayonlararası sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə və marşrutlara dair təlimatla tanış olmaq tövsiyə edilir.