Şəhid jurnalist dəfn edildi - YENİLƏNİB + FOTO

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.
Şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

12:32

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi başa çatıb.

Şəhid jurnalistin cənazəsi dəfn olunması üçün Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa yola salınıb.

Vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, şəhidimizin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.