Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı il dönümü ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda aşağıdakılar bildirilir:
“Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibəti ilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edirik.
Müstəqillik uğrunda şəhid olan bütün şəhidlərimizi hörmət və rəhmətlə yad edirik”.