Sərdar Cəlaloğlu: “Koroğlu Çənlibelə getməyə qorxurdu”


“Kütlə yoxdursa, lider də yoxdur. Ona görə də biz lider yox, xalq axtarışında olmalıyıq”.
"Sherg.az" xəbər verir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu “Bumeranq tv”-nin efirində deyib.

 “Koroğlunu qəhrəman edən özü yox, xalq idi. İnsanlar olmasa, o, Çənlibelə getməyə qorxurdu.  Babək niyə məğlub oldu? Çünki Bəzz qalasını qoyub, bir qadınla getdi. Bizim siyasi səhnədəki nümayəndələrimiz qonşu Gürcüstandakılardan xeyli irəlidədirlər, fəaldırlar. Amma xalq küçəyə çıxmır. Mahatma Qandi deyirdi ki, xalq həbsxanaları doldurmağa hazır deyilsə, küçələri doldura bilməz. Hamı evində oturub cəmiyyəti düzəltmək istəyir. Belə olmur”.