ÇAĞIRIŞ:“Ordu ilə bağlı yalnız rəsmi məlumatlara inanın”

Müdafiə Nazirliyi Azərbaycanın sərhəddə PUA istifadə etməsi iddialarına aydınlıq gətirib. Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumatın qarşı tərəfin növbəti yalanı olduğu və dezinformasiya xarakteri daşıdığı nəzərə çatdırılıb. Müdafiə Nazirliyindən bildirilib ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




 Hərbi ekspert Ədalət Verdiyev düşmənin informasiya cəbhəsindəki təxribatları barədə “Sherg.az”a danışdı:

“Ümumiyyətlə, son doqquz ayda Ermənistan Müdafiə Nazirliyi çox nadir hallarda həqiqəti əks etdirən məlumatlar yayıb. Məsələn, əsgərlərimiz Xocalının Çanaxçı kəndində olan hələ də Hadrutda döyüşlərin getdiyini deyərək ictimaiyyəti aldadırdılar. Odur ki, artıq öyrəşmişik. Belə məlumatlara inanmağın yanlış olduğunu bilirik. PUA məsələsinə gələk: Ermənistan Silahlı Qüvvələrində bu silahın qarşısını alacaq imkan yoxdur. Olsa, 44 günlük müharibədə bunu edərdilər. PUA-nın qarşısını necə aldıqları barədə açıqlama verməmələri heç də təsadüfi deyil. Bu mənada vətəndaşlar ancaq rəsmi məlumatlara inanmalı, etibar etməlidirlər”.