Təranə Səmədova hər kəsi kövrəltdi: "...Dünyam yıxıldı"

Prodüser Təranə Səmədova yaxın zamanda dünyasını dəyişən anası haqda paylaşım edib.
“Sherg.az” xəbər verir ki, o yazdıqları ilə hər kəsi kövrəldib:
“Nəfəs alıb-verməyin bu qədər əziyyətli, ağrılı olduğunu təsəvvür edə bilməzdim. Çox ağır və çətin imiş. Yoxluğunla barışa bilmirəm. Səninlə 1 gün belə küsülü qalmağı bacarmırdım. Haqlı olsam da, zəng edib özüm barışardım. İndi bu qədər zaman danışmadan necə qala bilmişik? Elə darıxıram... Hisslərimi anlatmağa sözlər yetməz. Suelim gecə “story” paylaşıb, bir daha bütün dünyam yıxıldı. “Səndən yazmağa dünyanın bütün kağızlarını bitirə bilərəm” cümləsi ilə paramparça oldum... Bilmirəm boşluğunu nəylə doldurum.. Suel karateyə gedir, üzgüçülüyə yazdırdım, pişik aldım... Bəlkə də bir az əsəbləşdin, amma Susiyə xatir incimə, sən Allah.. Ürəyimin səsidir deyəsən, bir anlıq düşündüm ki, səninlə dərdləşirəm.. Tanrı sənə qəni-qəni rəhmət eləsin, nurlar içində uyu, mələk üzlüm. Rəbbim günahlarını bağışlasın, haqqını halal elə, məkanın cənnət olsun, gül qoxulum.. İyini Sueldən alıram, qəlbini qırmışamsa, bağışla. Zatən sənsiz özüm qırıq-qırığam”.