"Report"un xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
Sənəddə qeyd edilib ki, bununla yanaşı, ordu quruculuğu sahəsində aparılacaq islahatlar çərçivəsində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silahsursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması ortamüddətli dövr ərzində prioritet xərc istiqamətlərindən birini təşkil edəcək.