Göygöldə toyda döyülən şəxs ölüb

Göygöldə toyda döyülən Ağstafa sakini xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xəstəxanada dünayasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 11-də baş verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisə musiqi sifarişi üstündə baş verib.