Rüstəm Xəlilov kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Rüstəm Gülabba oğlu Xəlilov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Sherg.az APA-ya istinadən xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

R.Xəlilov ona göstərilən etimada görə minnətdarlıq edib.