Paşinyan Ermənistanın Azərbaycanın təbii qazını almağa hazır olduğunu bildirib

Ermənistan Azərbaycanın təbii qazını almağa hazırdır.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşiyan bildirib.
“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, - Paşinyan qeyd edib.