Kremlin yaxınlığında atışma olub, üç nəfər yaralanıb

Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verib.

Nəticədə biri polis əməkdaşı olmaqla üç nəfərin güllə yarası aldığı deyilib.

Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı "Wildberries" ofisinə qanunsuz daxil olmağa cəhd edib.

Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.