"Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq çərçivəsi çox genişdir. Bu insan kapitalının inkişaf etdirilməsindən su ehtiyatlarının səmərəli idarəedilməsinə kimi bir sıra məsələləri əhatə edir".
“APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
O bildirib ki, "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" hesabatı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) Aİ tərəfindən maliyyələşdirilib: "Avropa İttifaqı bu təşəbbüsləri dəstəkləməkdən qürur duyur".
Mixalko əlavə edib ki, Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək.