Daha 4 itkin-şəhidin meyit qalıqları dəfn ediləcək

İtkin düşmüş daha bir qrup hərbçinin meyit qalıqları əsasında şəxsiyyəti müəyyən edilib.

Sherg.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata əsasən, hərbçi Məmmədov Mübariz İlyas oğlunun meyit qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlunun meyit qalıqları Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, hərbçi Rüstəmov Tərlan Kamal oğlunun meyit qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Qəhrəmanov Bilal Qəhrəman oğlunun meyit qalılqarı isə Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcək.

Dəfn mərasimləri sentyabrın 20-də baş tutacaq.