Pərvin Maqsud Mahmudovun həbsindən yazdı:"Vağzalı sədaları ilə yola salırıq"

Aktrisa Pərvin Abıyeva bu gün Azərbaycana gətirilən bloqer Maqsud Mahmudovun həbsi haqda paylaşım edib. 
"Sherg.az" xəbər verir ki, sənətçi İnstaqram hesabında bu sözləri yazıb:
"İlahi ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyin axırı necə olmalı idi?Biz də öz növbəmizdə gözəl vağzalı sədaları ilə "bəyimizi" yola salırıq. Sanki oğul evləndirirmişəm kimi hamı mənə gözaydınlığı verir".
Qeyd edək ki, bir müddət öncə M.Mahmudov P.Abıyevanın ünvanına təhqirlər səsləndirib.
Samirə