Avropada qazın qiyməti növbəti dəfə tarixi rekordunu yeniləyib. Belə ki, 1000 kubmetr qazın qiyməti 1100 dolları keçib.
Bunu ICE birjasının məlumatları sübut edir.
Niderlandda TTF mərkəzində noyabr fyuçerslərində 1000 kubmetr qazın qiyməti 1101,6 dollara çatıb.
Günün əvvəlindən etibarən qazın ümumi artım qiyməti təxminən 5 % təşkil edib.
Bundan əvvəl Avropada 1000 kubmetr qazın qiyməti tarixdə ilk dəfə olaraq 1090 dolları keçib.
Mənbə: TASS