Sağlamlığımıza böyük təhdid var

Eko-narahatlıq və çarəsizlik aqressiyanı şiddətləndirir

Planetimizin problemləri tək bir insanın dözə bilməyəcəyi qədər çoxdur

İqlim dəyişikliklərinin psixi sağlamlıq problemlərinin artmasına səbəb olması demək olar ki, qaçılmazdır.  Kədər, narahatlıq və çarəsizlik kimi neqativ duyğularla mübarizə aparmaq eko-narahatlıq olaraq təyin olunur. Bəs, eko-narahatlığı tam olaraq necə təyin edə bilərik? İqlim böhranı və ekoloji problemlərdən narahat olan hər kəs eko-narahatlıq keçirə bilərmi?
Bu məsələlərə aydınlıq gətirən professor Barış Önen Ünsalver açıqlamasında bildrib ki, ekoloji tarazlıq hər cür vəziyyətdə baş verə bilər. O, əlavə edib ki, tez-tez düşünmək yuxusuzluq gətirir və bu da eko narahatlıqlardan biridir: 

"Ümumiyyətlə, gündəlik həyatda və işdə yaranan pozğunluq ekoloji cəhətdən həssas olmayan insanlara mənfi emosional reaksiyalar verir. Bir insanın ekoloji mövzulardakı xəbərlərə duyğusal yanaşması sonda ağlama, çaşqınlıq, qəzəb partlaması şəklində emosional reaksiyalarla özünü büruzə verir. Həmçinin, bunlar bir müddətdən sonra oxumaqdan çəkinmək, çarəsizlik, cansıxıcılıq və ümidsizlik kimi hisslərlə təyin olunur.

 Ekoloji problemlərdən narahat olmaq təbii bir hissdir. Əgər ekoloji problemlər bizi narahat etmirsə, o zaman onun həlli yollarını da tapa bilmərik. 

Ekoloji cəhətdən həssas və harmonik olan hər kəsdə eko-narahatlığın olduğunu söyləyə bilərik. Ancaq əgər insan bacardığı qədər lazım olanı edərsə, bu artıq eko-narahatlıq olmayacaq. Çünki həllər çıxarmaq və funksional olmaq üçün narahatlığın şiddəti azalmış və ya  getmiş olmalıdır".

Barış Önen Ünsalver deyib ki, insanların ekoloji cəhətdən həssas və harmonik bir şəkildə yaşaması hələ sosial həyatla uyğun gəlmir:

 "Çünki fərdlər plastik torbalardan istifadə etməsələr və ya nəqliyyat vasitələri ilə trafikə çıxmasalar belə, sosial həyatın bir çox nöqtələrində ekoloji tarazlığı pozan bir şeyin bir hissəsi olmaq məcburiyyətindədirlər. Bəzi insanlar bu məsələdə ya özü özləri ilə mübarizə aparırlar, ya da ki, kənardakı insanları məsuliyyətə cəlb edərək bu yolla mənəvi cəhətdən rahatlaşırlar. Hər cür insan ekoloji narahatlıq keçirə bilər. Ümumiyyətlə, məsuliyyətli, paylaşan və empatik insanlar da eko-narahatlıq yaşayırlar. Bundan əlavə, qeyri-müəyyənliyə və ümumiyyətlə, tolerantlığı aşağı olan insanlarda da eko-narahatlıq müşahidə edilə bilər. Təbii fəlakətlərə məruz qalan və ya təbii fəlakətlərin qarşısının alınması kimi işlərdə çalışanların ümumi əhali ilə müqayisədə eko-narahatlıq keçirmə ehtimalı daha yüksəkdir. Ancaq sağ qalanlar eko-narahatlıqdan çox xüsusi bir hadisə və ya travma sonrası stress pozğunluğu yaşayırlar. Bəzən insanın yüksək eko-narahatlığı varsa, o zaman o, onu tətikləyəcək şeylərdən qaçır. 

Məsələn, xəbərlərə baxmır və ekoloji həssaslığını artıracaq sosial sahələrə girmir. Əlbəttə ki, bundan tam qaçmaq əslində mümkün deyil, çünki ətrafımız hər yerdə ekoloji cəhətdən həssas olmayan obyektlər və düşüncələrlə əhatə olunub. Eko-narahatlığı olanlar bir şey gördükdə dərhal aqressiv ola bilirlər. Məsələn, o anda qarşınızda cip sürən adam çıxır. Bəlkə də bütün cip istifadəçiləri, istehsalçılar, neft şirkətləri və s. var. Lakin hücuma məruz qalan tək cip istifadəçisidir. Unudulmamalıdır ki, insanın eko-narahatlığı və çarəsizliyi aqressiyanı da asanlaşdırır. 

Çünki eko-narahatlıqdan əziyyət çəkənlər ümumiyyətlə bu problemin həllinin dezodorant olmadığını, istehsal-istehlak vərdişlərində qlobal bir dəyişikliyin lazım olduğunu və bunun nə qədər çətin olduğunu yaxşı bilirlər.

 Planetimizin problemləri tək bir insanın dözə bilməyəcəyi qədər çoxdur. Bu səbəbdən ekoloji narahatlığı azaltmaq üçün ekoloji vəziyyətlə bağlı məhdud sayda xəbərləri izləmək faydalıdır.

 Bəlkə də həll yolunun bir hissəsi olmaq üçün öz ekoloji mühiti ilə bağlı məsələləri izləsələr daha yaxşı olar.

 Ekoloji cəhətdən şüurlu həyatın bəzi prinsipləri var. Birincisi, ehtiyacdan artıq istehlak etməmək və məhsul seçərkən ekoloji həssaslığı olanlara üstünlük vermək lazımdır. İkincisi, ətraf mühitə zərər verdiyi sübut edilmiş istehsalçılara üstünlük verilməməlidir. Bu prinsipləri mümkün qədər həyatlarının rutininə çevirməklə narahatlığı azalda bilər. Psixi sağlamlığımızı qorumağın şərtlərindən biri də enerjimizi nəyə sərf etməyimizdir. Buna görə də bəzi itkiləri və qeyri-kafiliyi qəbul etmək psixi sağlamlıq üçün yaxşıdır. Gələcəyi 10-20 il təsəvvür etmək əvəzinə, yaxın gələcəkdə və indi ətraf mühit üçün atdığımız addımlara diqqət yetirmək daha məqsədəuyğundur".