İstanbulun Arnavutköy rayonun Hadımköy məhəlləsində 13 yaşlı uşaq atasının taksisinin açarını götürərək dostu ilə gəzintiyə çıxıb.
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəziyyəti görən digər məhəllə sakini həmin anları lentə alıb.
Lisenziyasız şəxsin avtomobil sürməsinə görə taksi sahibinə 2 min 698 lirə cərimə kəsilib.