Nazir rəisin qardaşını təqaüdə göndərdi


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi polkovnik-leytenant Vüqar Şəbəndəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, o, Neftçala Rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndəyevin qardaşıdır.