Bu ölkə də Nəsrullah üçün matəm elan etdi

Livan hökuməti İsrailin Beyrutda həyata keçirdiyi hava hücumunda həyatını itirən Hizbullah lideri Həsən Nəsrullah üçün 3 günlük matəm elan edib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Məlumata görə, oktyabrın 30-dan 2-dək Livanda Həsən Nəsrullah üçün 3 günlük matəm olacaq.

Qeyd edək ki, daha öncə İran və İraq da matəm elan edib.