Mebel sexindəki yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə "Sherg.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.