Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT

BMT Baş katibi Antonio Quterreş son 24 saat ərzində Beyrutda hadisələrin kəskinləşməsindən ciddi narahatdır.

”Sherg.az” xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Livan, İsrail və bütün region xalqı genişmiqyaslı müharibəyə tab gətirə bilməz. Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır", - Dujarrik bildirib.