Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev vəfat edib.
Bu barədə Trend-ə Universitetdən məlumat verilib.
O, 75 yaşında dünyasını dəyişib.
A.Əliyev 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb, 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb.
1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.
Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.
Allah rəhmət eləsin!