"Filosof meyxanaçı Ağamirzə Məmmədova görə özünü asıb".
"Sherg.az" xəbər verir ki, bu sözləri aktrisa Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində gülərək deyib.
Aktrisa meyxanaçı Ağamirzənin "hikmətli kəlamını" lağa qoyub:
"Ağamirzə demişdi ki, "Adam yalan danışırsa, deməli, yalan danışır". Filosof meyxanaçının bu fikri ətrafında çox düşünüb , amma izahat verə bilməyib deyə özünü asıb".
Verilişin qonağı aşıq Əli Tapdıqoğlu "Onda Ağamirzəyə iş düşür ki..." deyə cavab verib.
Dilarə Əliyeva isə "Bəs nə, ona görə ortalığa çıxmır" deyə meyxanaçıya ismarıc göndərib.