Xalq artisti Könül Xasıyeva oğlu Kazımla birlikdə intihar etmək istəyib.
“Sherg.az” xəbər verir ki, xanəndə bu barədə “1 Dəqiqə” proqramında danışıb. O, intihar etmək istədiyini etiraf edib:
“Kazımla dənizə getdik, onu qoyub getməcəkdim. Onda oğlumun 6-7 yaşı var idi. Dəmirin o tərəfinə keçdim, dənizə atılmaq istəyirdim. Problemlər var idi, şüurlu surətdə ölmək istəyirdim. Balamı qoyub gedə bilməzdim. Onunla birlikdə özümü öldürəcəkdim. Gördüm ki, varlığım ola-ola belədirsə, məndən sonra nə olacaq. 14 ildi yatmıram, səhərə kimi Kazımın yanında oyaq otururam. Çünki gecə neçə dəfə qalxır, oturur. Dərmanlar içsə belə, narahatdır. O yuxudan oyanır, sonra isə mən yatıram”.