Bakıda Rumıniya şairi Mihay Emineskunun kitabı təqdim olunub

Bakıda Rumıniyanın böyük şairi Mihay Emineskunun Azərbaycan dilindəki şeirlər kitabının, habelə Rumıniya və xarici ölkə rəssamlarının sərgisinin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, tədbir Azərbaycanın Rumıniya tərəfindən rəsmən tanınmasının 30 illiyinə həsr olunub.

Tədbirdə M.Eminesku şeirlərinin ilk dəfə Azərbaycan dilinə tərcümə olunduğunu deyən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare qeyd edib ki, gələn ilin yayında iki ölkə arasında diplomatik münasibətlərinin 30 illiyi münasibətilə Rumıniya rəssamlarının Azərbaycana gələrək təəssüratlarını əsərlərində əks etdirmələri nəzərdə tutulur.