Sumqayıt sakini elektrik dirəyinə çıxaraq intihar etmək istəyib


Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.