Birgə ƏMƏLİYYAT: 12 kq heroin götürüldü

Vətəndaşdan 12 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. 
Oxu.Az-ın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat aparatları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmamış Fərəcullazadə Ağamehdi Şakir oğluna məxsus ümumilikdə 11 kq 874,669 qram çəkidə (12 kiloqrama yaxın) narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.