Xocavənddə erməni hərbçinin qalıqları aşkar edilib

Xocavənddə daha bir erməni hərbçinin qalıqları aşkar olunub.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.


Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1704 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.