AZAL-ın Bakıdan Moskvaya reysi texniki səbəblərə görə gecikir

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.

Trend bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir.

"Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.


Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar", - deyə aviaşirkətin məlumatında bildirilir.