Anası: Şəhid olandan sonra gündəliyini tapmışam - Video

Kürdəmir şəhidi Adəm Əliyevin anası Akifə Ağayeva rejissor Nail Naiboğlunun "Qırmızı" layihəsinin qonağı olub.
Sherg.az xəbər verir ki, o, şəhid övladı ilə bağlı xatirələrini bölüşüb.

"Böyük oğlumla Adəm arasında 6 yaş fərq var. Sonuncu dəfə oğlumu avqustun 12-də görmüşdüm. Əsgərliyini bitirməsinə 5 gün qalmış Tovuş döyüşləri başladı. Zəng etdi ki, ana, qol çəmişəm. Çox ağladım... Kəlbəcər istiqamətində döyüşüb, şəhid oldu. Onun şəhid olandan sonra gündəliyini tapmışam. İndi hər gün oxuyuram. Onun nələr keçirdiyini görürəm" deyə, Akifə Ağayeva deyib.