DƏHŞƏT - Arvad ərini, ər arvadını, bacılar qardaşını baltaladılar! – Səbəblər və çıxış yolları...   


“İlk hadisələr “təsadüf”, sonrakılar isə “planlı” olur”


Xəbər verdiyimiz kimi, yanvar ayının dördündə Əhmədli qəsəbəsində ər arvadını balta və bıçaqla qətlə yetirib. Xətai Rayon Prokurorluğu 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə daxil olan məlumat əsasında araşdırma aparıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən  Orxan Əliyev saxlanılaraq istintaqa cəlb olunub. İstintaq zamanı O.Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı H.Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Eləcə də həmin gün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev  həyat yoldaşı Aynur Abdullayeva tərəfindən balta ilə öldürülüb. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.Bu günsə Astara rayonunun Təngərud kəndində ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə bacıları Dağıstan Respublikasından yenicə qayıdan qardaşları İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər. Hadisənin təfərrüatı hələlik tam bəlli deyil.Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Maraqldır, son günlər ard-arda baş verən bu cür tükürpərdən hadisələr  nədən qaynaqlanır? 

Səbəbləri “Sherg.az”a izah edən psixoloq  Əfsanə Rüstəmova bu xüsusda əvvala medianın  roluna diqqət çəkib:

“Adətən, belə xəbərlər yayımlandıqda cəmiyyət ikiyə bölünür. Birinci kateqoriya bu xəbərləri tirajlamaqda bir növ “dəlinin yadına daş salmaq”, ikinci kateqoriya isə insanları pis vərdişlərdən çəkindirmək məqsədi  güdür. Doğrudur, insanların özlərini qoruya bilməsi belə xəbərlər mediada yer almalıdır. Lakin burda  incə xətti qorumaq lazımdır”.

Psixoloqun qənaətincə, belə xəbərlərin təqdim olunma şəkilində bir növ səbəblər də göstərilir və burda diqqət yetirməli olduğumuz xüsusi məqamlar var:

“Fikir verin narkoman ər,psixi problemli bacılar, nitq qüsurlu övladı olan ailə və s. Amma bu “səbəblər”dən dünyada kifayət qədərdir. Bəs onlarda niyə eyni hadisələr yaşanılmır? Deməli, problem nə narkomaniya, nə əqli qüsur, nə də digər amillərlə bağlıdır. Necə ki, cəmiyyət odun yanına pambıq, saman qoymaq olmaz! - misalını bilir, eləcə də ətrafındakı psixi həssas insanlarla necə davranmaq və ya davranmamaq gərəkdiyini də bilməlidir”. 


Ə.Rüstəmova  vurğulayıb ki, daimi özümüzümüdafiə halında yaşamaq istəmiriksə, ehtimal olunan təhlükələrdən öncə özümüzü sığortalamalı və lazımi instansiyalara müraciət etməliyik:

“Təəssüf ki, bəzi hadisələrin qarşısını ala bilmirik. Amma bu hadisələrdən sonra  yaşama necə davam edilməlidir?! Bax bu barədə dəqiq düşünmək lazımdır. Çünki ilk hadisələr “təsadüf”, sonrakılar isə “planlı” olur”.