Çingiz Əsgərov: "Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq"

“Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar da uğurlu nəticələrə gətirib çıxarıb”.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib. O bildirib ki, ötən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasının 10 ili tamam olub: “Bu məhkəmələrin yaradılmasının çox düzgün addım olduğu sübut olunub. Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib. Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları buna hazır olmalıdır. Çünki Vətən Müharibəsində qazanılan qələbə nüfuzumuzu artırıb".