Hafiz Hacıyev ürəyindən əməliyyata hazırlaşır: "Ümid Allahadır”

Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.
 
 “Sherg.az” səhhəti ilə bağlı bu gün  yenidən H.Hacıyevlə əlaqə saxlayıb. Partiya sədri bildirib ki,  hazırda tibb müəssisələrindən birində müayinədədir: “Ürəyimdə ciddi problem olduğu deyilir. Ola bilsin ki, yaxın günlərdə əməliyyat olunacam. Həkimlərin qərarını gözləyirəm. Ümid Allahadır”.