"Atam 70 yaşını görməyəcəyini söyləyirdi. Yarı zarafat, yarı ciddi qəbul etmək istəmirdik. Amma müddət keçdikcə sözlərinin çoxunun reallığa çevrildiyini gördük".
"Sherg.az"ın məlumatına görə, bu sözləri "O üz” proqramının qonağı mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov deyib.
Atasının ölümündən danışan P.Əşrəfov onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:
"Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənlənmək istəyirəm”.
Baloğlan Əşrəfov ötən ilin aprel ayında evdə müalicə zamanı COVID-19-dan dünyasını dəyişib.