Nazpəri Dostəliyeva “sükutu pozdu”: “Oğlumun ili çıxana kimi...”

“Hər kəs bilir ki, mart ayının 22-nə qədər, oğlumun ili çıxana kimi bütün fəaliyyətimi dayandırmışam”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. Xalq artisti televiziyada görünməməyinin səbəbini izah edib: “İnşallah martın 21-dən sonra  efir, “İnstagram” və s. kimi sadalanan yerlərdə aktivliyimə davam edəcəm. Bu mənim sənətimdir, sənətimin arxasınca gedəcəm. Ayaqda olmağa çalışacam”.

Qeyd edək ki, N.Dostəliyevanın oğlu  Əli Quliyev ötən il, 41 yaşında ürək tutmasından dünyasını dəyişib.